İtaliya A Seriyasında çempion məlum olub

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünün
qalibi müəyyənləşib.

Trend-in
məlumatına görə, XXXV turda öz meydanında “Parma”nı 2:0 hesabı ilə
məğlub edən “İnter” vaxtından əvvəl çempionluğunu elan edib.
Görüşdə qolları Markus Tyuram və Henrix Mxitaryan vurublar.




Bununla da xallarını 82-yə çatdıran “İnter” sona 3 tur qalmış
qızıl medalları təmin edib. Milan təmsilçisi turnir cədvəlində ən
yaxın izləyicisi “Napoli”ni (70 xal) 12 xal qabaqlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir