
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranla münaqişə başa çatdıqdan sonra
neft qiymətlərinin sürətlə ucuzlaşacağını bəyan edib.
Trend xəbər verir ki, o, bu
fikirləri Ağ Evdə çıxışı zamanı səsləndirib.
Trampın sözlərinə görə, hazırda Hörmüz boğazında çoxlu sayda
neft tankeri faktiki olaraq hərəkətsiz vəziyyətdədir və bu amil
qiymətlərə təsir göstərir.
“Fikrimcə, müharibə bitən kimi qiymətlər çox sürətlə və
əhəmiyyətli dərəcədə aşağı enəcək, hətta indiyədək müşahidə
olunmayan səviyyəyə qədər”, – deyə o vurğulayıb.

