
Bakı. Trend:
“Borussiya”nın hücumçusu Seru Qirassi karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Fənərbaxça” qvineyalı forvardı transfer etmək istəyir. Bu barədə “A Spor” televiziyası məlumat yayıb.
İstanbul nəhəngi Qirassini heyətinə qatmaq üçün Almaniya klubu
ilə danışıqlara başlamağı planlaşdırır. 30 yaşlı futbolçu özü “Fənərbaxça”ya keçməyə isti yanaşır.
Qeyd edək ki, Seru Qirassi cari mövsümdə “Borussiya”nın
heyətində meydana çıxdığı 44 rəsmi matçda 20 qol və 6 məhsuldar
ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsi
2028-ci ilin yayında başa çatır.

