Energetika naziri Neftçalada vətəndaşları qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov mayın 22-də Neftçala, Salyan,
Biləsuvar, Cəlilabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən
olan vətəndaşları qəbul edəcək.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Qəbul saat 11:00-dan başlayaraq Neftçala rayon Heydər Əliyev
Mərkəzində (ünvan: AZ4700, Neftçala şəhəri, Heydər Əliyev pr.34)
keçiriləcək.




Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri
(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected]
elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev,
əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected])
və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı
(əlaqələndirici şəxs: Xəyyam Aydınov, əlaqə telefonu: (050)
305-51-67, elektron poçt ünvanı: [email protected])
vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet
səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də
qəbul üçün müraciət etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir