
Bakı. Trend:
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi
üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü
göstərir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında
bildirilib.
Bildirilib ki, ilkin rəqəmlərə görə 2026-cı ilin 4 ayında
mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını
190 milyon ABŞ dolları üstələyib.
“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma
səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin
martında 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin
olduğunu göstərir. Xüsusilə aprel ayında keçirilən valyuta
hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində
valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank
tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 4 ayında
Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 mlrd. ABŞ
dollarına çatıb”, – məlumatda qeyd edilib.

