İsrail “Hizbullah”a aid 25 hərbi mövqeyə zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah”
hərəkatının 25 hərbi mövqeyinə zərbələr endirib.

Trend xəbər verir
ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.




“Son 24 saat ərzində IDF “Hizbullah”ın 25 obyektinə, o cümlədən
silah anbarına və hərbi məqsədlərlə istifadə olunan qurğuya
zərbələr endirib”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı
mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28
fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra “Hizbullah”ın İsrailə raket hücumları ilə genişlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir