
Bakı. Trend:
Cari əməliyyatlar balansının (CƏB) proqnozu orta müddətdə
müsbətdir. Bu il CƏB profisitinin 5,5 milyard ABŞ dolları
səviyyəsində olacağı gözlənilir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən
mətbuat konfransında bildirib.
Onun sözlərinə görə gələn il üzrə isə CƏB profisitinin 4,4
milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Cari əməliyyatlar balansının (CƏB) proqnozu orta müddətdə
müsbətdir. Bu il CƏB profisitinin 2,8–3 milyard ABŞ dolları
səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, AMB-nin sonuncu proqnozunda isə bu il CƏB
profisitinin 2,8–3 milyard ABŞ dolları səviyyəsində olacağı
açıqlanmışdı.

