Bitkoinin qiyməti 81 min dollarlıq həddən aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Kriptovalyuta bazarında aparıcı aktivlər üzrə cüzi ucuzlaşma
qeydə alınıb.

Trend xəbər verir ki,
“CoinMarketCap” platformasında son 24 saat ərzində Bitkoin 0,68%
dəyər itirərək 80 937 dollara enib. “Ethereum”un qiyməti isə 2,04%
azalaraq 2 326 dollar təşkil edib.

Əsas kriptovalyutalar arasında BNB 1,31% bahalaşaraq 643 dollara
yüksəlib. Qızıla bağlı olan “Tether Gold”un qiyməti 1,13% artımla 4
683 dollara, “PAX Gold” isə 1,06% bahalaşaraq eyni səviyyəyə
çatıb.




Bununla yanaşı, “Zcash” 1,89% artaraq 534 dollara, “Monero”
0,39% yüksələrək 408 dollara, “Bittensor” isə 7,12% bahalaşaraq 307
dollara çatıb.

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,59%
azalaraq 2,68 trilyon dollara düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir