
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi 7-8 may tarixlərində Moskvada mobil internet istifadəsinin məhdudlaşdırılmayacağını açıqlayıb.
Modern.az xəbər verir ki, TAS-ın məlumatına görə, 9 mayda – Qələbə Günündə də internetə çıxış məhdudlaşdırılacaq.
“9 mayda mobil internetə çıxış müvəqqəti olaraq məhdudlaşdırılacaq”, – nazirlik bəyan edib.
Bildirilib ki, bu addım Qələbə Günündə bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün edilir.

