Azərbaycan və Almaniya arasında dənizçilərin sertifikatları qarşılıqlı tanınacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Almaniya arasında dənizçilərin sertifikatlarının
qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.




“Leypsiq şəhərində Almaniyanın nəqliyyat naziri Patrik Şnayderlə
görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında nəqliyyat
sahəsində, xüsusilə avtomobil və hava daşımalarında mövcud
əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə
etdik. Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınmasına dair
Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, bu sənəd əməkdaşlığın
daha da inkişafına mühüm töhfə verəcək”, – paylaşımda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir