
Bakı. Trend:
Aqrar sahədə süni intellektin (Sİ) istifadəsi ilə fermerlərə
dövlət dəstəyinin verilməsi 3 ay sürətləndirilir.
Trend xəbər
verir ki, bunu bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə
Qədimova bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd
Təsərrüfatı Sərgi və Forumunda deyib.
İ.Qədimova qeyd edib ki, fermerlər bildiyiniz kimi dövlət
dəstəyi üçün müəyyən monitorinq nəticələrini gözləyirlər.
“Bu monitorinqlər isə fiziki insanlarla aparıldıqda müəyyən vaxt
aparır. Dövlət dəstəyini daha tez verməyimiz üçün süni intellektlə
yoxladığınız nəticələrə uyğun olaraq bu dəstəyini qısa müddət
ərzində tədbiq edə bilərsiniz. Bu, fermerin dəstəyə əlçatanlığını
ən azı 3 ay sürətləndirmiş olacaq. Cari halda da bitki növünün
müəyyən edilməsi ilə bağlı 636 min hektar ərazidə bu iş aparılıb”,
– nazir müavini bildirib.

