Konstitusiya Məhkəməsində Monqolustanın Baş prokuroru ilə görüş olub

Baş səhifə

Bakı. Trend:

Mayın 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
ölkəmizdə səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan
Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən məlumat
verilib.

Bildirilib ki, qonaqları salamlayan sədr Fərhad Abdullayev qeyd
edib ki, Azərbaycan və Monqolustan arasında formalaşmış sıx
əməkdaşlıq əlaqələri qarşılıqlı etimad və anlaşmaya əsaslanır, eyni
zamanda hər iki dövlət arasında olan münasibətlərin bütün sahələrdə
möhkəmlənməsinə mühüm zəmin yaradır.

Daha sonra sədr ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan
islahatlar və yeniliklər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və
qərar qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi
mövqeləri barədə ətraflı məlumat verib.




Səmimi qəbula görə minnətdarlığını bildirən Baş prokuror
Jarqalsayxan Banzraqç ölkələrimiz arasında ikitərəfli əlaqələri
yüksək qiymətləndirərək, əməkdaşlığın mövcud səviyyəsindən
məmnunluğunu ifadə edib və bu münasibətlərin daha da
möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə
mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdıraraq,
gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi
üçün birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd
ediblər.

Daha sonra ikitərəfli əlaqələrin inkişaf perspektivləri və
qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi
aparılıb.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə
tanış olublar və xatirə şəkilləri çəkdiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir