
bp bu gün Azərbaycanda təhsilə, uzunmüddətli potensialın
inkişafına və enerji keçidinə dəstək məqsədilə həyata keçirdiyi
yeni sosial sərmayə layihəsinin uğurla tamamlandığını elan edib.
Layihə çərçivəsində şirkət gələcəyə yönəlmiş üç kitabın Azərbaycan
dilində nəşrinə dəstək verib.
Təşəbbüs Azərbaycan dilində yeni bir kitabın hazırlanmasını və
nəşrini, həmçinin beynəlxalq səviyyədə tanınmış iki kitabın
Azərbaycan dilinə tərcüməsini və nəşrini əhatə edib. Yeni nəşrlər
bunlardır:
• “Açıq elmin öyrənilməsi üçün 12 modul” – bu yeni kitab açıq
elmin əsas prinsiplərini və tətbiqini, o cümlədən açıq çıxış (open
access) və tədqiqat məlumatlarından məsuliyyətli istifadə
məsələlərinə həsr olunub. Nəşrin əsas məqsədi açıq elm sahəsində
qlobal qabaqcıl təcrübə barədə anlayışı genişləndirmək, təhsil və
tədqiqat prosesində açıq məlumatlardan istifadəni təşviq etmək,
həmçinin tədqiqatçıların məlumatların açıqlanması və qorunması
məsələlərində düzgün istiqamət tapmasına kömək etməkdir. Kitab
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai
Birliyinin sədri İlqar Orucov, Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun
Antropologiya Mərkəzinin aparıcı elmi işçisi Ruslan Rəhimli və
beynəlxalq əmək bazarı üzrə ekspert və tədqiqatçı Manuela
Hargassner-Delpos tərəfindən hazırlanıb.
• Helqa Nouotninin müəllifi olduğu “Biz süni intellektə
güvənirik: Güc, illüziya və proqnozlaşdırıcı alqoritmlərə nəzarət”
adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşri – bu kitab
proqnozlaşdırıcı alqoritmlərin və süni intellektin gələcək,
qeyri-müəyyənlik və nəzarət anlayışlarına təsirini təhlil edir.
Nəşr süni intellektin sosial, etik və institusional təsirlərini
araşdırır, texnosentrik yanaşmaların məhdudiyyətlərini və
qeyri-müəyyənliyin qəbul edilməsinin vacibliyini önə çəkir. Nəşrin
məqsədi Azərbaycanın elmi və akademik ictimaiyyəti arasında süni
intellekt mövzusunda məlumatlı müzakirələri təşviq etməkdir.
• Daniel J. Fiorinonun müəlifi olduğu “Təmiz enerjiyə keçid:
Aşağı karbonlu dünya üçün siyasətlər və strategiyalar” adlı kitabın
Azərbaycan dilinə tərcümə olunmuş nəşri – bu kitab təmiz enerji
keçidi üçün tələb olunan texnologiyalar, strategiyalar və siyasi
çağırışlar barədə ümumi məlumat təqdim edir. Nəşrdə əsas diqqət
enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri,
elektrikləşdirmə və digər aşağı karbonlu həllər üzrə
dekarbonizasiya yollarına yönəlib. Kitab həmçinin bu sahədə güclü
ictimai və siyasi çərçivələrin vacibliyini vurğulayır. Nəşr enerji
strategiyaları və dayanıqlılıq sahələri ilə maraqlanan tələbələr,
tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulub.
Bu gün yeni nəşrlərin təqdimatına həsr olunmuş tədbirdə çıxış
edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
dedi: “Azərbaycanda təhsilin inkişafına və bilik mübadiləsinə
dəstək həmişə bp-nin sosial təşəbbüslərinin əsas istiqamətlərindən
biri olub. Bu gün təqdim edilən nəşrlər müxtəlif mövzuları əhatə
etsə də, vacib olan məqam onların elm, enerji və texnologiya
sahələrində davamlı və məsuliyyətli inkişafın təmin edilməsi ilə
müasir dünyanın əsas çağırışlarına cavab yollarını əhatə etməsidir.
Bu kitabların nəşrinə dəstək verməkdə məqsədimiz açıq elm, süni
intellekt və təmiz enerji sahələrində qlobal düşüncəyə çıxışı
genişləndirmək, yerli tədqiqatçıların, tələbələr, eləcə də ictimai
və siyasi fikir adamlarının yeni ideyalarla tanış olmasına şərait
yaratmaq, elmi potensialı gücləndirmək və gələcəyimizi
formalaşdıran texnologiyalar və strategiyalar ətrafında məlumatlı
müzakirələri təşviq etməkdir”.
Layihənin ümumi dəyəri bir yeni kitabın hazırlanması və nəşri,
eləcə də iki beynəlxalq kitabın Azərbaycan dilinə tərcüməsi və
nəşri də daxil olmaqla 152938 AZN (90000 ABŞ dolları) təşkil
edib.
Layihə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti
İctimai Birliyi tərəfindən icra həyata keçirilib.

