Şuşada 20-dən çox tarixi abidə bərpa olunub – Fəridə Məmmədova

Baş səhifə

Bakı. Trend:

Hazırda Şuşada 20-dən çox tarixi abidə bərpa olunub,
digərlərində isə tikinti və bərpa işləri davam etdirilir.

Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Şuşa şəhəri muzeylərlə iş şöbəsinin
baş mütəxəssisi Fəridə Məmmədova deyib.

Onun sözlərinə görə, işğaldan əvvəl Şuşa şəhərində 300-ə yaxın
tarixi abidə mövcud olub. İşğal dövründə həmin abidələrin böyük
hissəsi tamamilə məhv edilib:




“Bərpa olunan tarixi abidələrdən biri də Mehmandarovlar malikanə
kompleksidir. Kompleksə böyük yaşayış binası, kiçik yaşayış binası,
ailə məscidi və bulaq daxildir. Malikanə Mirzə Əlibəy Mehmandarova
məxsus olub. Mehmandarov, İbrahimxəlilxan vəPənahəli xanın dövründə
mehmandar vəzifəsində çalışıb. Həmin dövrdə mehmandarlıq ən
məsuliyyətli vəzifələrdən biri hesab olunurdu. Mehmandar xanın
qonaqlarını qarşılamaq, yerləşdirmək və onların məktublarını xana
çatdırmaq kimi mühüm işləri yerinə yetirirdi.”

F.Məmmədova bildirib ki, Mirzə Əlibəy Mehmandarov yaşlandıqdan
sonra xan tərəfindən o dövrdə yeni salınan məhəllələrin birində ona
torpaq sahəsi bağışlanıb və o da həmin ərazidə öz malikanəsini inşa
etdirib:

“Malikanə 1848-ci ildə Qarabağın məşhur memarı Karbalayi
Safikhan Karabakhi tərəfindən tikilib. Malikanənin böyük yaşayış
binası işğal dövründə ermənilər tərəfindən dağıdılıb. Hazırda
qorunub saxlanılan kiçik yaşayış binası muzey kimi fəaliyyət
göstərir. Muzeydə XIX əsr Qarabağ zadəganlarının interyeri
mövzusunda ekspozisiyalar nümayiş etdirilir. Burada yaradılan
atmosfer ziyarətçiləri həmin dövrə aparır, Qarabağ zadəgan
ailələrinin məişətini və istifadə etdiyi əşyaları yaxından görməyə
imkan yaradır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir