BMT-nin baş katibi ABŞ və İrana çağırış edib

Baş səhifə

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında İran və ABŞ
arasında hərbi toqquşma ilə bağlı xəbərlərdən narahatlığını
bildirib.

Trend xəbər
verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Dujarrik
deyib.

Dujarrik bildirib ki, BMT-nin baş katibi gərginliyin azaldılması
üçün kritik bir an olduğunu və bütün tərəfləri vəziyyəti daha da
gərginləşməmək üçün maksimum təmkin göstərməyə çağırır.




Quterreş bütün tərəfləri yenidən gərginiyə səbəb ola biləcək və
davam edən diplomatik səylərə xələl gətirə biləcək hərəkətlərdən
çəkinməyi tövsiyə edib.

Ötən gün İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT
Təhlükəsizlik Şurasına və Quterreşə ünvanladığı məktubda bildirib
ki, ABŞ-ın Fars körfəzi və Hörmüz boğazındakı son hərəkətlərinin
nəticələri fəlakətli ola bilər və Yaxın Şərqdən kənara çıxa
bilər.

O, Baş katibə və Təhlükəsizlik Şurasına ABŞ-ni beynəlxalq hüquq
çərçivəsində öhdəliklərinə əməl etməyə və gələcək təxribatçı
hərəkətlərdən çəkindirməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir