ABŞ yanacaq üzrə vergiləri müvəqqəti dayandırır

Baş səhifə

Bakı. Trend:

ABŞ hökuməti qiymətlərin kəskin bahalaşması səbəbindən yanacaq
üzrə federal vergilərin tətbiqini müvəqqəti olaraq dayandırmağı
planlaşdırır.

Trend xəbər verir ki,
bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə
açıqlamasında təsdiqləyib.

Vergi güzəştinin nə qədər davam edəcəyi ilə bağlı suala cavab
verən Tramp bildirib ki, bu addım zəruri olduğu müddətdə qüvvədə
qalacaq. Onun sözlərinə görə, İran ətrafındakı vəziyyət
sabitləşdikdən sonra benzin və neft qiymətlərində ciddi ucuzlaşma
müşahidə olunacaq.




ABŞ prezidenti qeyd edib ki, Vaşinqton və Təl-Əvivin İrana qarşı
həyata keçirdiyi hərbi əməliyyatlar qlobal enerji bazarında
dəyişikliklərə səbəb olub və bir sıra ölkələr yenidən ABŞ neftinə
üstünlük verməyə başlayıblar.

Tramp əlavə edib ki, ABŞ ilə İran arasında gərginlik Hörmüz
boğazında riskləri artırıb və enerji daşıyıcılarının tədarükündə
çətinliklər yaradıb. Nəticədə Yaxın Şərqdəki idxalçı ölkələr
alternativ mənbələrə yönəlib və bundan ən çox faydalanan tərəf ABŞ
olub.

Qeyd edək ki, mayın 10-na olan məlumata əsasən, ABŞ-də benzinin
bir qallonunun (3,78 litr) qiyməti 4,52 dollara çataraq 2022-ci
ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Bununla belə, ekspertlər
hesab edirlər ki, münaqişə qısa müddətdə başa çatsa belə, yanacaq
qiymətlərinin enməsi tədricən baş verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir