Şəhidin məzarı doğma kəndinə köçürülüb

Baş səhifə

Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun məzarı Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığından Abdal kənd qəbiristanlığına köçürülüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə şəhidin yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin doğmalarının sözlərinə görə, məzarın doğma kəndə köçürülməsi onun sağlığında ən böyük arzularından biri olub.

Yaxınları bildiriblər ki, Müşviq Abbasov hər zaman doğulduğu torpaqda uyumağı arzulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir