Evo Morales barəsində həbs qərarı çıxarılıb

Baş səhifə

Bakı. Trend:

Boliviyanın Tarixa departamentindəki məhkəmə keçmiş prezident
Evo Morales barəsində insan alveri işi üzrə həbs qərarı
çıxarıb.

Trend xəbər verir ki,
bu barədə “El Deber” məlumat yayıb.




Məhkəmə qərarı Moralesin mayın 11-də keçirilən dinləməyə
qatılmamasından sonra verilib. İş üzrə digər təqsirləndirilən
şəxslər də məhkəməyə gəlməyiblər.

2024-cü ilin dekabrında prokurorluq Moralesə qarşı insan alveri
ittihamı irəli sürüb. Keçmiş prezident ittihamları rədd edir və
bunu siyasi təqib adlandırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir