Pakistanda bazarda partlayış olub, 7 nəfər ölüb

Baş səhifə

Pakistanın şimal-qərbində yerləşən Lakki Mərvət rayonunda bazarda partlayış baş verib.

Bu barədə “Reuters” yerli polis orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, partlayış nəticəsində azı 7 nəfər ölüb.

Ölənlər arasında 2 polis əməkdaşı və 5 mülki şəxs var.

Məlumata əsasən, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb. Yaralıların dəqiq sayı hələ açıqlanmayıb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Qeyd edilib ki, hadisə Pakistan-Əfqanıstan sərhədinə yaxın Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Bölgədə son illərdə tez-tez silahlı qruplaşmaların hücumları baş verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir