Dünya çempionatının final matçını bu hakim idarə edəcək

Baş səhifə

Futbol üzrə 2026-cı il dünya çempionatının final oyununu idarə edəcək hakim müəyyənləşib.

Modern.az xəbər verir ki, İspaniya və Argentina yığmaları arasında keçiriləcək həlledici qarşılaşma sloveniyalı FIFA referisi Slavko Vinçiçə həvalə olunub.

Dünya çempionatının üçüncü yer uğrunda Fransa və İngiltərə milliləri arasında baş tutacaq görüşün baş hakimi isə venesuelalı Xesus Valensuela olacaq.

Qeyd edək ki, Fransa – İngiltərə qarşılaşması iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya – Argentina finalı isə iyulun 19-da saat 23:00-da başlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir