
Bakı. Trend:
Quba rayonunun bəzi ərazi vahidlərinin adları
dəyişdiriləcək.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının
dəyişdirilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Vladimirovka kənd inzibati ərazi
dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq
və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati
ərazi dairəsi hesab ediləcək.
Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka
kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq
və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati
ərazi dairəsi hesab ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq
bir oxunuşda qəbul edilib.

