
Bakı. Trend:
Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 45 nömrəli
şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar
yenilənir.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat
verilib.
Bildirilir ki, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək 7
ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG
texnologiyası ilə təchiz olunub.
Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət
göstərəcək.
Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun
hərəkət istiqamətində dəyişdirilərək son dayanacaq məntəqəsi
metronun “Nəsimi” stansiyası təyin olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat
müəyyən edilib.

