Qətərə məxsus tanker Hörmüz boğazını keçib

Baş səhifə

Bakı.Trend:

Sinqapur bayrağı altında üzən, Qətərdən Pakistana
mayeləşdirilmiş təbii qaz daşıyan “Mihzem” tankeri Hörmüz
boğazından keçə bilib.

Trend xəbər verir
ki, bu barədə Bloomberg monitorinq resurslarının məlumatlarına
istinadən xəbər verib.




Məlumata görə, gəmi hazırda Oman körfəzindədir. Bundan əvvəl isə
o, yerləşdiyi məkanla bağlı siqnalların ötürülməsini
dayandırmışdı.

Agentlik xatırladır ki, Yaxın Şərqdə münaqişənin başlanmasından
bəri bu, Qətərdə yüklənərək Fars körfəzindən Oman körfəzinə çıxan
ikinci MTQ tankeridir. Ötən həftəsonu buna may ayında Ras-Laffan
sənaye zonasında MTQ ilə yüklənmiş “Al Kharaitiyat” tankerinin də
nail olduğu bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir