
Bakı. Trend:
Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (ADB)
Sektorlar Departamenti 3-ün (SD3) Baş direktoru Kristin Enqstromun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan hökuməti
səhiyyə sisteminin davamlı inkişafına, tibbi infrastrukturun
modernləşdirilməsinə və əhaliyə yüksək keyfiyyətli tibbi
xidmətlərin göstərilməsinə böyük önəm verir.
Nazir son illərdə Azərbaycanda tibb müəssisələrinin
modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi üçün mühüm addımlar
atıldığını vurğulayıb.
Teymur Musayev, həmçinin Asiya İnkişaf Bankı ilə əməkdaşlığın
səhiyyə islahatlarının daha effektiv həyata keçirilməsinə və
beynəlxalq təcrübənin tətbiqinə əhəmiyyətli töhfə verdiyini
vurğulayıb. O, xüsusən də regional tibb infrastrukturunun inkişafı
və tibb işçilərinin potensialının gücləndirilməsi sahələrində
innovativ layihələr üzrə gələcək birgə təşəbbüslərin vacibliyini
vurğulayıb.
Öz növbəsində Kristin Engstrom Azərbaycan hökumətinin səhiyyə
islahatlarını yüksək qiymətləndirib və ADB-n in bu prosesləri
dəstəkləmək öhdəliyini vurğulayıb. O, insan kapitalının inkişafı və
sosial layihələr baxımından Azərbaycanla əməkdaşlığın strateji
əhəmiyyətini qeyd edərək, xüsusilə ana və uşaq sağlamlığı, tibbi
təlim və innovativ tibbi texnologiyaların tətbiqi sahələrində yeni
birgə təşəbbüslərə maraq göstərdiyini bildirib.

