
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankının (AİB)
arasında maliyyə sektorunun inkişafını dəstəkləyən birgə
təşəbbüslər müzakirə olunub.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar
Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü
departamentinin baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində AMB və AİB arasında mövcud əməkdaşlığın cari
vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, yaşıl
maliyyələşmə, eləcə də maliyyə sektorunun inkişafını dəstəkləyən
birgə təşəbbüslər müzakirə olunub.
Görüşdə həmçinin Mərkəzi Bank və AİB arasında əlaqələrin
inkişafı və texniki yardım imkanları ilə bağlı ətraflı fikir
mübadiləsi aparılıb.

