
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Çinin Vaşinqton üçün əsas
geosiyasi rəqib olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, o, bu fikirləri “Fox News”
telekanalına müsahibəsi zamanı səsləndirib.
Rubio bildirib ki, Çin geosiyasi baxımdan ABŞ qarşısında duran
ən mühüm çağırışlardan biridir və bununla yanaşı, Pekinlə
münasibətlərin inkişaf etdirilməsi də vacib olaraq qalır.
Onun sözlərinə görə, Vaşinqtonun maraqları Pekinin maraqları ilə
üst-üstə düşməyə bilər.
ABŞ dövlət katibi vurğulayıb ki, müharibələrin qarşısını almaq,
sülh və sabitliyi qorumaq üçün bu münasibətlərin düzgün idarə
olunması böyük əhəmiyyət daşıyır.

