
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının
büdcə gəlirləri (dotasiya istisna olmaqla) 86,181 milyon manat
təşkil edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3%
çoxdur.
Eyni zamanda hesabat dövrü ərzində muxtar rrespublikanın büdcə
xərcləri isə 139,630 milyon manata bərabər olub.
Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2% artım
deməkdir.

