Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında
pərakəndə ticarət dövriyyəsi 492,512 milyon manat təşkil edib.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7%
çoxdur.




Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda
pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 102,8
milyon manatlıq mal satılıb.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7% artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir