
Bakı. Trend:
“İnter” İtaliya Kubokunun finalında “Latsio” komandasına 2:0
hesabı ilə qalib gələrək mövsümün ikinci titulunu qazanıb.
Trend xəbər verir
ki, Milan təmsilçisi daha əvvəl A Seriyasının da qalibi
olmuşdu.
Bununla “neradzurri” cari mövsümdə həm ölkə çempionatını, həm də
İtaliya Kubokunu qazanmağa nail olub.
“İnter” sonuncu dəfə bir mövsümdə hər iki titulu 2010-cu ildə
əldə etmişdi.

