
Bakı. Trend:
“Beşiktaş” “Marsel”in yarımmüdafiəçisi Pyer-Emil Hyöyberqi
transfer etmək istəyir.
Bu barədə xarici media məlumat yayıb.
İstanbul nəhəngi danimarkalı futbolçu üçün 10 milyon avroluq
təklif göndərib. Fransa klubu bu təklifə rədd cavabı verib. Onlar
30 yaşlı dayaq yarımmüdafiəçisinin satışından daha çox gəlir əldə
etmək istəyirlər.
Qeyd edək ki, “Marsel” Pyer-Emil Hyöyberqi 2024-cü ilin yayından “Tottenhem”dən transfer edib. Danimarka millisinin üzvü 2025/26
mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi
matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

