
Bakı. Trend:
Bu gün Qazaxıstanın Almatı şəhərində planlı seysmik təlim
çərçivəsində həyəcan təbilləri səslənəcək.
Trend xəbər verir
ki, xəbərdarlıq sistemləri yerli vaxtla saat 11:00-da işə
salınacaq, həyəcan siqnalı ilə yanaşı mobil tətbiqlər vasitəsilə
yerli əhalinin telefonlarına bildirişlər göndəriləcək.
““Hamının diqqətinə!” siqnalını eşitdikdən sonra insanlar
televizor və ya radionu qoşmalı, mobil tətbiqlərə gələn bildirişlər
və ya rəsmi internet resurslarındakı məlumatlarla tanış
olmalıdırlar”,-deyə Almatı akimatının məlumatında qeyd olunur.
Həmçinin həyəcan siqnalı ilə bağlı məlumatda sakinlərə
əvvəlcədən fövqəladə vəziyyət çantası hazırlamaq və təhlükəsiz yerə
– binalardan, ağaclardan və elektrik xətlərindən uzaqda yerləşən
açıq sahəyə gedən marşrutu müəyyənləşdirmək tövsiyə olunur.

