Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay
Respublikasının Prezidenti Santyaqo Penyaya məktub ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı
çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq
münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də
çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi
bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah
diləyirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir