Bakıda WUF13-ün ilk günündə nazirlər səviyyəsində görüş keçiriləcək

Baş səhifə

Bakı. Trend:

2026-cı il 17-22 may tarixində Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə
WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar
nazirlər səviyyəsində görüş təşkil olunacaq.

Bu barədə Trend-ə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat
verilib.Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta
mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri
qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra
mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.

Azərbaycanın Sədrliyi altında 17 may 2026-cı il tarixində
keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək Yeni
Şəhərsalma Proqramının icrasını nəzərdən keçirəcək və 2036-cı ilə
qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər.
WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı
şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq, bu
müzakirələrdə inklüzivliyə, davamlılığa və dayanıqlı şəhər
inkişafına təkan verən əsas faktor kimi mənzil təminatı məsələsinə
xüsusi diqqət yetiriləcək.

Qlobal qiymətləndirmə və yeni siyasi impuls

Nazirlər görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud
boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə
öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni
zamanda, sözügedən görüş 2026-cı ildə Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli
icmal ərəfəsində siyasi dinamikanın artırılmasına da öz töhfəsini
verəcəkdir.

İştirakçılar mənzil təminatının üç əsas istiqamət – sosial
inklüzivlik və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanlar,
eləcə də ekoloji dayanıqlılıq və iqlimə davamlılıq üzrə əsas
təkanverici rolunu müzakirə edəcək və əldə edilmiş nəticələri,
habelə milli yanaşmaları və növbəti mərhələ üçün prioritetləri
nəzərdən keçirəcəklər.

Yüksək səviyyəli dialoq və tematik panellər

Tədbir Azərbaycan Respublikasının Hökuməti, BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və BMT nümayəndələrinin iştirakı ilə təşkil
olunacaq yüksək səviyyəli dialoqla başlayacaq. Bunun ardınca
nazirlər tərəfindən üzv dövlətlərin milli nailiyyətlərini və
prioritet istiqamətlərini əks etdirən bəyanatlar
səsləndiriləcək.

Günün ikinci yarısında aşağıdakı mövzular üzrə üç tematik panel
keçiriləcək:

  • Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün
    mənzil təminatı
  • Urbanistik rifah və hər kəs üçün imkanlar naminə mənzil
    təminatı
  • Ekoloji cəhətdən dayanıqlı və iqlimədavamlı şəhərsalma üçün
    mənzil təminatı.

Bu sessiyalar mövzu üzrə həm praktiki yanaşmalar, həm də həll
yolları ilə bölüşmək üçün hökumətləri, BMT qurumlarını, vətəndaş
cəmiyyətini və yerli idarəetmə orqanlarını bir araya gətirəcək

Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatacaq. Əsas
tövsiyələri əks etdirməklə yanaşı, bu sənəd qlobal səviyyədə
hesabatverməproseslərinə, eləcə də WUF13-ün yekun sənədlərinə, o
cümlədən Bakı Fəaliyyətə Çağırış sənədinə töhfə verəcək.

WUF13-ün əhatəli proqramının tərkib hissəsi kimi nazirlər görüşü
dayanıqlı urbanizasiya üzrə işlərin gedişatını sürətləndirmək üçün
dövlət siyasətini yerli səviyyədə icra ilə uyğunlaşdırmaqla
tədbirin dialoq, tərəfdaşlıq və fəaliyyət üçün qlobal platforma
rolunu gücləndirəcrək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir