
Bakı. Trend:
Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv
edilib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, söhbət “Azvvallet” MMC, “Greentek Group” MMC və
“Guavapay” MMC-lərdən gedir.
“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 may
2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və
ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun
54.1.1-ci maddəsinə əsasən “Azvvallet” Məhdud Məsuliyyətli
Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek
Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il
tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə
09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı
fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv
edilib”, – məlumatda qeyd edilib.

