Qlobal Cənub şəbəkəsi BMT tərəfindən effektiv həllərin nümunəvi platforması kimi tanınıb – Ramil İsgəndərli

Baş səhifə

Bakı.Trend:

Qlobal Cənub şəbəkəsi BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsi
tərəfindən effektiv həllərin nümunəvi platforması kimi tanınıb.

Trend xəbər verir
ki, bunu Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub
Qeyri-Hökumət Təşkilatları Platformasının I Baş Assambleyasında
çıxışı zamanı deyib.

“Bu, artan beynəlxalq diqqət və etimadın parlaq göstəricisidir.
Eyni zamanda, bu uğur Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci
məqsədini – qlobal tərəfdaşlıq fəlsəfəsini birbaşa əks etdirir”,-
deyə o qeyd edib.

R. İsgəndərli bildirib ki, Qlobal Cənub şəbəkəsi vətəndaş
cəmiyyətinin mühüm və dayanıqlı irslərindən biri kimi
qiymətləndirilir. Şəbəkə artıq beynəlxalq təşkilatlar və nüfuzlu
mərkəzlər tərəfindən tanınıb:

“Biz London, Bonn, Nayrobi, Əddis-Əbəbə və nəhayət Bakı kimi
şəhərlərdə keçirilən bir çox qlobal və regional tədbirlərdə iştirak
edərək öz təcrübəmizi bölüşmüşük”.

Ramil İsgəndərlinin sözlərinə görə, yerli QHT-lərin beynəlxalq
əməkdaşlığa təşviq edilməsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin təcrübəsi gələcək fəaliyyət üçün möhkəm
əsasdır. Qlobal Cənub əməkdaşlığına göstərilən maliyyə dəstəyi
gələcəyə yönəlmiş mühüm siqnaldır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir