İki müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir

Baş səhifə

Bakı.Trend:

Metronun “20 Yanvar” stansiyasını Xocəsən qəsəbəsi ilə
əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun “Qara
Qarayev” stansiyası ilə əlaqəndirən 191 nömrəli marşrut avtobusları
yenilənir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.




Bildirilib ki, mayın 15-dən 102 nömrəli marşrut üzrə 8, 191
nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara
cəlb edilir. Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz
olunan “İsuzu HC45” markalı avtobuslar 7-8 dəqiqə intervalla
sərnişinlərin xidmətində olacaq.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı
0,60 AZN müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir