Qlobal Cənub QHT Platformasının Birinci Baş Assambleyası başa çatıb – FOTO – YENİLƏNİB-1

Baş səhifə

Qlobal Cənub QHT Platformasının Birinci Baş Assambleyası öz işini başa çatdırıb.

APA xəbər verir ki, bunu GSNP-nin yeni Baş katibi Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Birinci Baş Assambleyasının yekun bəyannaməsində bildirib.

***

12:35

Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənəd təqdim edilib.

APA xəbər verir ki, sənəd səsvermə yolu ilə qəbul olunub.

***

10:14

Gülüstan Sarayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası keçirilir.

APA xəbər verir ki, tədbirdə dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə, 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edəcək.

GSNP-nin ilk Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir