
Bakı. Trend:
“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi,
dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində
dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların
ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma
Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi
Qaydaları” təsdiq edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu Qaydalar emal edilməmiş almazların idxalı,
ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən
izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və
“Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin
Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması
və verilməsi qaydalarını müəyyən edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yuxarıda göstərilən
sahələr üzrə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqan
kimi müəyyənləşdirilib.

