Ağcabədidə avtomobil 14 yaşlı uşağı vurub

Baş səhifə

Ağcabədi. Trend:

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi
ərazisində qeydə alınıb.

Məlumata əsasən, Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyevin
idarə etdiyi VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən
2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.




Qəza nəticəsində azyaşlı aldığı ağır xəsarətlərdən hadisə
yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir