“Honda” 70 il ərzində ilk dəfə olaraq illik zərərlə üzləşib

Baş səhifə

Bakı. Trend:

“Honda” avtokonserni (“Honda Motor Co.”) təxminən son 70 ildə
ilk dəfə olaraq illik zərəri barədə hesabat verib.

Trend xəbər verir
ki, bu barədə “IT Home” məlumat yayıb.

Mayın 14-də dərc olunan 2026-cı maliyyə ili üzrə hesabata əsasən
(31 mart 2026-cı ildə başa çatıb), şirkətin xalis mənfəəti 150,72
faiz azalaraq mənfi 423,9 milyard yen təşkil edib. Halbuki əvvəlki
maliyyə ilində Honda müsbət mənfəət göstərmişdi.




Bu, “Honda”nın səhmlərinin ilk dəfə olaraq birjaya
çıxarılmasından bəri yəni təxminən son 70 il ərzində ilk illik
zərəridir.

Rekord həcmdə zərərə səbəb olan əsas amil elektromobil (EV)
seqmentində aparılan genişmiqyaslı təkrar stukturlaşdırma olub.
Honda elektrik strategiyasına yenidən baxılması ilə bağlı
birdəfəlik xərclər çəkib və bu xərclərin həcmi 952,6 milyard yenə
çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir