Qırğızıstanlı MMA döyüşçüsü faciəvi şəkildə həlak olub

Baş səhifə

Bakı.Trend:

Qırğızıstanda qarışıq döyüş sənətləri (MMA) ustası Mədət
Jeenaliyev İssık-kul gölündə boğulan 2 uşağı xilas etməyə
çalışarkən həlak olub.

Trend xəbər verir
ki, bu barədə Issık-Kul vilayətinin Baş Daxili İşlər İdarəsinin
mətbuat xidməti məlumat yayıb.

“Jeenaliyev yüksək dalğalar səbəbilə boğulan iki qızı xilas edən
zaman həlak olub”, – deyə məlumatda qeyd edilir.




Xilasetmədə 30 yaşlı MMA döyüşçüsü ilə yanaşı onun dostuda da
iştirak edib. Həm o, həm də uşaqlar sağ qalıb.

Jeenaliyev 2017-2019-cu illərdə peşəkar MMA döyüşçüsü olub. Dörd
döyüş keçirib, onlardan ikisində qalib gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir