Ağacların qanunsuz kəsilməsi nəticəsində dəyən ziyan açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,
Gəncə şəhərləri və Zərdab rayonunda yaşıllıqların qanunsuz
kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.

Araşdırmalar zamanı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan
qəsəbəsində, Binəqədi rayonunun Azadlıq prospekti, 155 ünvanında,
Binəqədi qəsəbəsində, Nizami rayonunun Məmməd Səid Ordubadi və
Şirin Mirzəyev küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhərinin
Nizami küçəsində və Zərdab rayonunun Qoşaoba kəndi ərazisində
ağacların qanunsuz kəsildiyi müəyyən olunub.




Məlumata görə, qanunsuz ağackəsmə nəticəsində yaşıllıqlara
ümumilikdə 123 min 720 manat məbləğində ziyan dəyib.

Bildirilib ki, hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir