
Bakı. Trend:
Çin Tayvanın müstəqil olmasını görmək istəmir.
Trend xəbər verir ki,
bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində
deyib.
O, vəziyyətin status-kvo olaraq qalması halında Çinin heç nə
etməyəcəyini düşündüyünü bildirib. “Lakin etsələr, yəqin ki,
olduqca sərt bir şey edəcəklər və sonra onlara sərt cavab veriləcək
və pis şeylər baş verəcək”,- deyə Tramp əlavə edib.
Tramp, həmçinin onun prezident olduğu müddətdə Çin liderinin
Tayvana qarşı hər hansı bir aqressiv addım atmayacağını düşündüyünü
deyib.

