Azərbaycan mart ayında Türkiyənin ikinci ən iri qaz təchizatçısı olub

Baş səhifə

Bakı.Trend:

Azərbaycan 2026-cı ilin mart ayında Türkiyənin ikinci ən böyük
qaz təchizatçısı olub.

Trend bu barədə
Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)
istinadən məlumat verir.

Hesabat dövründə Türkiyə Azərbaycandan 983,17 milyon kubmetr
təbii qaz idxal edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə
5,77 faiz azdır.




Həmin dövrdə Türkiyə Rusiyadan 2,551 milyard kubmetr təbii qaz
idxal edib ki, bu da əvvəlki ilin eyni dövründəki 1,791 milyard
kubmetrlə müqayisədə 42,48 faiz çoxdur. Beləliklə, Rusiya Türkiyəyə
aylıq qaz tədarükü həcminə görə birinci yeri tutub. ABŞ isə
Türkiyəyə 976,58 milyon kubmetr təbii qaz ixrac edib. Halbuki ötən
ilin müvafiq dövründə bu göstərici 1,556 milyard kubmetr təşkil
etmişdi.

Ümumilikdə, Türkiyənin 2026-cı ilin fevral ayında təbii qaz
idxalı təxminən 6,272 milyard kubmetr olub ki, bu da əvvəlki ilin
eyni dövründəki təxminən 5,998 milyard kubmetrlə müqayisədə 4,57
faiz azalma deməkdir. Boru kəməri ilə qaz idxalı 28,29 faiz artaraq
4,358 milyard kubmetr təşkil edib, mayeləşdirilmiş təbii qazın
idxalı isə 26,41 faiz azalaraq 1,914 milyard kubmetrə enib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir