
Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182
ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Trend xəbər
verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat
yayıb.
Qeyd edək ki, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma
platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və
Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də
başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr
olunub.

