Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi münasibətlərin inkişafı müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Mayın 16-da Azərbaycan Respublikasının Baş nazirinin müavini,
Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə
hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya
Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında Səudiyyə iştirak
üçün Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri, bələdiyyələr və
mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabietindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının
forumda iştirakından məmnunluq ifadə olunub.




İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin
qənaətbəxş olduğu qeyd edilib.

Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycan Respublikası və
Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin
perspektivinə dair fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir