Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

Baş səhifə

Bakı. Trend:

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri
Məryəm Nəvaz Şərif BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 16-da Azərbaycan
Respublikasına səfərə gəlib.

Trend xəbər
verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi
şəxslər qarşılayıblar.

Qeyd edək ki, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma
platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və
Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də
başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir