
Bakı. Trend:
2026-cı ilin mart ayında SOCAR-ın Türkiyədəki STAR neft emalı
zavodunun istehsal strukturunda dəyişiklik baş verib: dizel
yanacağı istehsalının illik ifadədə azalması fonunda reaktiv
yanacaq, nafta və mayeləşdirilmiş karbohidrogen qazı (LPG/ MKQ)
istehsalı artırılıb.
Bu barədə Trend
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK)
məlumatlarına istinadən xəbər verir.
Məlumata əsasən, STAR NEZ-də 2026-cı ilin mart ayında dizel
yanacağı istehsalı 2025-ci ilin eyni ayındakı 586 999 tonla
müqayisədə 539 299 ton təşkil edib ki, bu da təxminən 8,1 faiz
azalma deməkdir.
Bioəlavəli dizel istehsalı da illik ifadədə azalaraq 10 952
tondan 8 301 tona düşüb, azalma təxminən 24,2 faiz təşkil
edib.Digər yandan, reaktiv yanacaq istehsalı kəskin artaraq 2025-ci
ilin martındakı 116 979 tonla müqayisədə 2026-cı ilin martında 184
598 tona çatıb ki, bu da təxminən 57,8 faiz artım deməkdir.
Vakuum qazoylu istehsalı ötən ilin eyni dövründəki 11 433 tondan
227 tona enib. MKQ istehsalı isə artaraq 2025-ci ilin martındakı 21
200 tonla müqayisədə 30 048 ton olub, artım təxminən 41,7 faiz
təşkil edib.
Nafta istehsalı da artaraq 129 626 tondan 145 560 tona yüksəlib
ki, bu da təxminən 12,3 faiz artıma uyğundur. Neft koksu istehsalı
isə 65 247 tondan 71 071 tona çatıb, artım təxminən 8,9 faiz
olub.
EPDK qeyd edir ki, hesabat dövründə zavod digər neft
məhsullarının istehsalını da davam etdirib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında istismara verilmiş STAR
NEZ neft emalı və neft-kimya sahələrini inteqrasiya edir və
Türkiyənin real sektorunda ən böyük investisiya layihəsi hesab
olunur.

