Avropa ölkələri SEPAH-la müzakirə aparır – İran mediası

Baş səhifə

Bakı. Trend:

Avropa ölkələri gəmilərin Hörmüz boğazından keçməsi ilə əlaqədar
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ilə müzakirə
aparır.

Trend xəbər
verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Şərqi Asiya ölkələri, xüsusilə də Çin, Yaponiya
və Pakistana məxsus gəmilərin Hörmüz boğazından keçid etmələrindən
sonra Avropa ölkələri belə bir addım atıb.

Bildirilir ki, İranın Hörmüz adasının cənubundan Lark adasının
cəubuna qədər nəzarəti tətbiq edilməkdədir.




Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4
mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan
edib.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında
baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə
gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret
nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana
qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili
və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub.
Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik
atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında
İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir