Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

Baş səhifə

Bakı. Trend:

3 yaşı tamam olanadək uşağa qulluq edən valideynin sosial
məzuniyyət müddəti əmək stajına daxil edilə bilər.

Trend-in əldə
etdiyi məlumata görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında
2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə
hüquqlarının təmin edilməsi üçün uşağın 3 yaşı tamam olanadək ona
bilavasitə qulluq edən valideynlərin birinin, yaxud ailənin başqa
üzvünün qismən ödənişli sosial məzuniyyət müddətinin məzuniyyət
hüququ verən əmək stajına daxil edilməsi istiqamətində müvafiq
qanunvericilikdə dəyişikliklər edilməsini zəruri hesab edirlər.

Belə ki, uşağa 3 yaşı tamam olanadək qulluq edən şəxslərin
sosial məzuniyyət müddətinin əmək stajına daxil edilməsi ilə bağlı
qanunvericilikdə dəyişiklik təklif olunur.




Təklifə əsasən, uşağa birbaşa qulluq edən valideynlərdən birinin
və ya ailənin digər üzvünün götürdüyü qismən ödənişli sosial
məzuniyyət dövrü də məzuniyyət hüququ verən əmək stajına daxil
ediləcək.

Dəyişiklik qəbul olunsa, uşağa qulluq məqsədilə işdən müvəqqəti
ayrılan şəxslərin həmin müddətdə əmək stajı qorunacaq və bu hal
onların gələcək əmək hüquqlarına mənfi təsir göstərməyəcək.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan Əmək Məcəlləsinə
görə, qismən ödənişli sosial məzuniyyət müddəti əmək məzuniyyəti
hüququ verən əmək stajına daxil edilmir.

Bununla yanaşı, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən
müavinətin artırılması ilə bağlı tədbirlərin görülməsi də hədəflər
arasındadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir